Çərəkə kitabı nə deməkdir?


Digərləri 12 May 2019 19:20:00 565 0

Çərəkə kitabı nə deməkdir?

Çərəkə - bəzi Quran surələrinin və çox işlənən duaların toplandığı kitabçaya deyilir. Keçmişdə uşaqlar mollaxanada Quran oxumağa başlamazdan əvvəl çərəkəni oxuyub qurtarardılar. Çərəkə mollaxanaların dərs proqramında ərəb əlifba¬sı dərsliyinin yerini tuturdu. Bəzi məlumatla¬ra görə, bu söz fars mənşəlidir və Quranın dörddə-bir hissəsi deməkdir.

Son.az islam.az-a istinadən bildirir ki, hal-hazırda çərəkə adətən, hüzr məclislərində, eləcə də, dini məişət ayinlərində oxu¬nan surələrin (Yasin, Rəhman, Quranın axirındakı kiçik surələr) və duaların (gündəlik namazlardan sonra oxunan dualar, ramazan ayının duaları, Quran tapşırma, qurbanlıq, süfrə duaları, dəfn mərasiminin icra qaydası və s.) məcmusundan ibarət olur. Bütöv Qur¬anı və irihəcmli dua kitablarını gəzdirmək çətin olduğu üçün çərəkədən istifadə etmək din xadimləri arasında geniş yayılıb.