Hansı xəstələrə oruc tutmaq olmaz?


Digərləri 12 May 2019 19:01:00 263 0

Hansı xəstələrə oruc tutmaq olmaz?

"Oruc tutmağın orqanizmə müsbət təsir etməsi öz təsdiqini tapmış bir faktdır. Ancaq təbii ki, bu halda qidalanma rejiminə diqqət yetirmək çox önəmlidir. Ac-susuz qalmağın bədəni zərərli maddələrdən təmizlədiyini, lakin bu zaman da qida səbətinə ciddi fikir verməyin lazım olduğunu diqqət edilməlidir".

Bunu həkim-fitoterapevt Elnur Eldaroğlu "Oruc tutmaq kimlərə olmaz?" adlı məqaləsində bildirib.

Son.az e-tibb.az-a istinadən həmin məqaləni təqdim edir:

Orucluq zərərli maddələrin ən böyük düşmənidir. Bəzən bundan da yanlış şəkildə istifadə edilir, gün ərzində ac və susuz qalmağın əvəzi iftarda bunlardan çox istifadə edərək çıxarılır. İftarda çox sürətli yemək çox ziyanlı nəticələrə gətirib çıxarır. Sahur və iftarda xüsusilə duz istifadəsini məhdudulaşdırmaq lazımdır. Çünki insan uzun müddət ac qaldıqda özündən asılı olmayaraq bu kimi qaydaları unuda bilir.

Şəkərli diabet xəstələrinin öz endokrinoloqu ilə məsləhətləşməsi tövsiyə edilir. Uzun müddət ac və susuz qaldığı üçün qan dövranı, metobolizm və həzm kanalının işi ləngiyir. Əgər kiminsə bu tipli mübadilədə baş verəcək hər hansı dəyişikliyi varsa deməli orucluq zamanı xəstəliyinin intensivləşməyinə gətirib çıxara bilər. Şəkərli diabeti olan kəslərə əslində oruc tutmaq faydalıdır, şəkərin səviyyəsini azalda bilər, amma bu müddətlərdə hipoqlikemiya baş verərsə daha ziyanlı nəticələrlə qarşılaşa bilərlər. Demək burda öz endokrinoloqunuzla məsləhətləşib qərar vermək daha düzgün olar. Çünki şəkərli diabet, növlərinə və klinik gedişinə görə nizamlanan bir xəstəlikdir. Öz təcrübəmdə ən çox müraciət edən mədə-bağırsaq xəstəliklərini qeyd edə bilərəm ki, kəskin qastrit və xora kimi hallarda (aktiv dövr) uzun zaman ac və susuz qalmamağı tövsiyə edirik. Bəzən xroniki həzm sistemi xəstəlikləri olanlar var ki bunlar sahur və iftar vaxtı qida rejiminə istədiyimiz kimi əməl etmədiyinə görə fəsadlarla qarşılaşa bilir.