Bu ölkədə həkimlərə abort və evtanaziyadan imtina etmək hüququ verildi


Dünya 12 May 2019 16:35:00 225 0

Bu ölkədə həkimlərə abort və evtanaziyadan imtina etmək hüququ verildi

Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Təminat Nazirliyi xəstəxanaların və sağlamlıq müəssisələrinin işçiləri üçün yeni "Şərəf qaydaları"nı dərc edib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, yeni qaydalar əxlaqi və ya dini düşüncələri baxımından abort, sterilləşdirilmə və evtanaziya ilə bağlı tibbi xidmətlər göstərmək istəməyən mütəxəssislərin hüquqlarını müdafiə edəcək.

"Şərəf qaydaları" tibb işçilərinə onların şərəflərinə toxunan abort, sterilləşdirilmə və ya intihara yardım kimi hərəkətlərdə iştirakdan imtina etdikləri zaman tibbi praktikanı məcburi şəkildə dayandırmayacaqlarına zəmanət verir. Bu, həmçinin müxtəlif dini səhiyyə müəssisələrinin özlərinin dini mənsubiyyətini, əqidəsini və identikliyini başqalarına xidmət etmək missiyalarının bir hissəsi kimi qorumaq hüquqlarını müdafiə edir.

Sənəddə, həmçinin qeyd edilir ki, öz işçilərinin şərəf hüquqlarını pozan tibb müəssisələri federal maliyyə dəstəyindən məhrum olunacaqlar.