İranlı parlamentari: ABŞ bunu edə bilməz...


Dünya 12 May 2019 14:42:00 238 0

İranlı parlamentari: ABŞ bunu edə bilməz...

Amerika Birləşmiş Ştatları İranın neft-kimya məhsullarının satışını məhdudlaşdıra bilməz.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin enerji komissiyasının üzvü Əbdülhəmid Xedri deyib.

Ə.Xedrinin sözlərinə görə, İranın neft-kimya məhsullarının dünyada çoxlu müştəriləri var.

Komissiya üzvü əlavə edib ki, İranın neft-kimya məhsullarını satın alan ölkələrə ABŞ-ın maliyyə təzyiqləri maneə ola bilməz. Çünki onların bu məhsullara ehtiyacı var və bir sıra məhsullar İrana məxsusdur:

"ABŞ-ın təhdidini o qədər də effektiv və əhəmiyyətli hesab etmək olmaz. Əksinə, bu təhdidi də fürsətə çevirmək olar".