Həftənin ilk iş gününün HAVAsı


Digərləri 12 May 2019 12:17:00 221 0

Həftənin ilk iş gününün HAVAsı

Bakı və Abşeron yarmadasında mayın 13-ə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata əsasən, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq.

Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 14-17° isti, gündüz  22-27° isti,

Bakıda gecə 15-17° isti, gündüz  25-27°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  762 mm civə sütunu təşkil edəcək.