Litvada prezident seçkilərində səsvermə başlayıb


Digərləri 12 May 2019 10:30:00 210 0

Litvada prezident seçkilərində səsvermə başlayıb

Litvada yeddinci prezident seçkilərində bü gün yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb

Bakı. Litvada yeddinci prezident seçkilərində bü gün yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb. Trend-in məlumatına görə, eyni zamanda, ölkədə ikili vətəndaşlığı tətbiq etmək və deputatlar korpusunun 15% qısaldıması ilə bağlı iki referendum keçirilir. Litvada 2,5 milyon artıq vətəndaş səsvermə hüququna malikdir (ümumilikdə ölkədə 2,8 milyon insan yaşayır).