Kubada sosis və yumurta nəzarətə götürüldü


Dünya 12 May 2019 10:10:00 224 0

Kubada sosis və yumurta nəzarətə götürüldü

Kuba hökuməti sosial əhəmiyyətli ərzaq məhsullarına nəzarət edəcək.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Kuba daxili ticarət naziri Betsi Diasbəyan edib. 

Onun sözlərinə görə, söhbət yumurta, toyuq, düyü və sosis kimi ərzaq məhsullarından gedir. 

Nazir qeyd edib ki, sözügedən tədbirlər ərzaqın bölüşdürülməsində ədalət prinsiplərinə riayət olunmasına imkan verəcək.