Suriya ordusu İdliblə sərhəddə əməliyyat keçirdi


Dünya 11 May 2019 23:52:00 196 0

Suriya ordusu İdliblə sərhəddə əməliyyat keçirdi

Suriya ordusu İdlib əyaləti ilə sərhəddə yerləşən beş yaşayış məntəqəsini "Ən Nüsra" döyüşçülərindən azad edib.

Son.az oxu.az-a istinadən bildirir ki, hökumət qoşunları əl-Arima, Midan Qazal, əl-Camaziya, Bab at-Taka və əl-Müstarihə kəndlərinə nəzarəti ələ keçirib.

İdlib əyaləti Suriyada silahlı qruplaşmaların nəzarətində qalan yeganə əyalətdir. Yaşayış məntəqələrinin əksəriyyəti "Ən Nüsra"nın nəzarətindədir.