Hamiləlikdə dözülməz ürəkbulanma halları


Digərləri 11 May 2019 23:10:00 230 0

Hamiləlikdə dözülməz ürəkbulanma halları

Hamiləlik dövrünü hər qadın özünəməxsus şəkildə keçirir. Bu dövrdə qadınların sıx yaşadığı problemlərdən biri ürək bulanmasıdır. Bəzi qadınlar bu narahatlığı asan keçirsə də, bəzilərində dözülməz bir hal alır.

Son.az medicina.az-a istinadən bildirir ki, səhər ürəkbulanması hamilə qadınların 3/4-də rast gəlinir. Əlamətləri intensivliyinə görə müxtəlif ola bilər, lakin, adətən ürəkbulanma və qaytarma buna daha çox daxildir.

Daha çox səhərlər baş verən bulantının səbəbi hələlik təm məlum olmasa da mütəxəssislər bir neçə faktor göstərirlər:   Bədəninizdə dəyişikliklərə səbəb olan oestroqenin yüksək səviyyəsindən stressli emosiyalar, kəskin qoxular və s.   Bununla bağlı pediatrlara verilən ən çox suallardan biri ürəkbulanmanın körpəyə təsir edib-etməməyidir.

Həkimlər isə ananın lazımi miqdarda qidalar və maye qəbul edəcəyi təqdirdə bunun korpəyə hansısa problem yaşatmayacağını bildirirlər.

Qeyd edək ki, səhər ürəkbulanması 4-6-cı həftələrdə başlayır və birinci trimesterin sonunda bitir. Buna baxmayaraq, ürək bulanması hamiləlik zamanı hərdən baş verə bilər. Çünki öyrəşilən qoxular hamiləlik dövründə ifrat dərəcəyə çata və ürək bulantısına səbəb ola bilər.