Qidaları nə qədər saxlaya bilərik? Xüsusi diqqət yetirməli


Digərləri 11 May 2019 22:15:00 233 0

Qidaları nə qədər saxlaya bilərik?  Xüsusi diqqət yetirməli

Bəzən qidaları uzun müddət saxlayırıq və onların vitaminini itirib-itirmədiyi bizə o qədər də maraqlı olmur. Lakin qidaların istifadə müddətinə xüsusi diqqət yetirmək lazımdır.   Son.az medicina.az-a istinadən bəzi qidaların istifadə müddətini təqdim edir:   Tərəvəzlər soyuducuda bir həftə saxlanılmalıdır. Uzun müddət qaldıqda tərkibindəki vitaminlər azalır. Meyvələr isə 5-7 gün ərzində yeyilməlidir.   Göyərtilərin istifadəsi 2-3 gündən artıq olmamalıdır.   Toyuğun soyuducuda 2 gün ərzində saxlanılması məqsədəuyğundur.   Gündəlik süd qutuları açıldıqdan sonra 2 gün, yumurta isə alınan tarixdən etibarən 4-5 gün ərzində istifadə edilməlidir.   Pomidoru isə bir həftə saxlamaq olar.   Soğan, kartof  cücərməyə başlayana qədər sərin yerdə saxlanıla bilər. Son.az