Pakistanda naməlum şəxslər hotelə hücum edib


Dünya 11 May 2019 19:31:00 217 0

Pakistanda naməlum şəxslər hotelə hücum edib

Pakistanda bir neçə silahlı şəxs 5-ulduzlu "Pearl Continental" mehmanxanasına hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə ölkənin Belucistan vilayətinin Qvadar şəhərində baş verib. Yerli KİV-lər hücum nəticəsində təhlükəsizlik qüvvələrinin nümayəndəsinin öldüyünü bildirilir.

Ölkə ordusunun məlumatına görə, hal-hazırda ərazi mühasirəyə alınıb: "Təhlükəsizlik xidmətlərimiz rayonu bloklaşdırıb və mehmanxananın üst mərtəbəsinə aparan pilləkəndə terrorçuları mühasirəyə alıb".

Ehtimal olunur ki, hotelə 3-4 terrorçu daxil olub.