Azərbaycan hərbi helikopterləri Türkiyəyə yola düşüb FOTO


Digərləri 11 May 2019 18:20:00 241 0

Azərbaycan hərbi helikopterləri Türkiyəyə yola düşüb  FOTO

Mayın 13-dən başlayacaq "Anatolian Phoenix-2019" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərindəki aviabazaya yola düşüb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Mi-35 və 2 ədəd Mi-17 helikopterləri iştirak edəcək.


Xəbərə aid fotolar