Gəncədə son vəziyyət necədir?


Digərləri 11 May 2019 15:59:00 208 0

Gəncədə son vəziyyət necədir?

Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar artıq səngiyib

.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin sözçüsü Gülnar Fazilqızı bildirib. Onun sözlərinə görə, yağan yağışlar şəhərdə elə də ciddi fəsadlar törətməyib:

"Hazırda yağış kəsib və şəhər mərkəzində elə bir problem yoxdur. Nizami və Kəpəz rayonlarından hər hansısa bir ciddi fəsadla bağlı xəbər gəlməyib".

Qeyd edək ki, ötən gündən başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin Nizami və Kəpəz rayonlarında bəzi ərazilər yağış suları ilə dolub.