Həftəiçi baş nazir, həftəsonu həkim olan şəxs


Dünya 11 May 2019 15:46:00 275 0

Həftəiçi baş nazir, həftəsonu həkim olan şəxs

Xoşbəxtlik Nazirliyinin olması ilə tanınan Butan Krallığı maraqlı bir yeniliyi ilə gündəmdədir.

Son.az publika.az-a istinadən xəbər verir ki, ölkənin baş naziri Lotay Tşerinq həftəiçi dövlət işlərilə məşğul olur, həftəsonu isə xəstəxanada işləyir.

2008-ci ildə mütləq monarxiyaya son qoyulan Butan Krallığında üçüncü dəfə demokratik seçkilərdə baş nazir seçilən L.Tşerinq bir əməliyyat sonrası jurnalistlərin suallarını cavablandırıb.

Baş nazir həkimlik etməyin onu gündəlik stresdən xilas etdiyini deyib:

"Kimi qolf oynayır, kimi ox atır, mən də əməliyyat etməyi sevirəm".