Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq


Digərləri 11 May 2019 15:00:11 181 1

Gecə bu küçələrdə rənglənmə işləri aparılacaq

Aleksandr Puşkin, Azadlıq və Bülbül küçələrində bu gün axşam saat 22:00-dan səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq

Bakı. Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Aleksandr Puşkin, Azadlıq və Bülbül küçələrində bu gün axşam saat 22:00-dan səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.