Azərbaycanda 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib


Digərləri 11 May 2019 14:39:35 270 0

Azərbaycanda 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib

Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xüsusi ödənişlər alınacaq

Bakı. Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq edilmiş “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür. Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb. Əsərləri dövlət varidatı elan edilən müəlliflər: 1. Qətran Təbrizi; 2. Məhsəti Gəncəvi; 3. Əfzələddin Xaqani; 4. Nizami Gəncəvi; 5. Qazi Bürhanəddin; 6. İmadəddin Nəsimi; 7. Aşıq Qurbani; 8. Şah İsmayıl Xətai; 9. Məhəmməd Füzuli; 10. Aşıq Abbas Tufarqanlı; 11. Molla Pənah Vaqif; 12. Molla Vəli Vidadi; 13. Qasım bəy Zakir; 14. Mirzə Fətəli Axundzadə; 15. Həsən bəy Zərdabi; 16. Seyid Əzim Şirvani; 17. Xurşidbanu Natəvan; 18. Mirzə Ələkbər Sabir; 19. Nəcəf bəy Vəzirov; 20. Aşıq Ələsgər; 21. Cəlil Məmmədquluzadə; 22. Əbdürrəhim bəy Haqverdiyev;