Xəzər dənizində gəmidə yanğın nəticəsində xəsarət alanlar xüsusi təyyarə ilə müalicəyə göndərilir - "Saipem"dən RƏSMİ (ÖZƏL)


Digərləri 11 May 2019 13:30:00 190 0

Xəzər dənizində gəmidə yanğın nəticəsində xəsarət alanlar xüsusi təyyarə ilə müalicəyə göndərilir -  "Saipem"dən RƏSMİ (ÖZƏL)

Xəzər dənizində gəmidə yanğın nəticəsində xəsarət alanlar xüsusi təyyarə ilə müalicəyə göndərilir

Bakı. Mayın 8-də axşam saatlarında Xəzər dənizində "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alan "Saipem" şirkətinin 11 əməkdaşı (o cümlədən Azərbaycan vətəndaşları) Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına göndəriləcək. Bu barədə Trend-ə məlumat "Saipem" şirkətindən verilib. Qeyd edək ki, əməkdaşların xəstəxanalara yerləşdirilməsi şirkət tərəfindən təşkil olunacaq. Daha yüngül xəsarət almış 3 əməkdaşın müalicələrini davam etdirilməsi ücün öz vətənlərinə göndərilməsi nəzərdə tutulub.