Galaxy Tab S5e Samsungdan yeni ultra incə planşet


Digərləri 11 May 2019 11:50:00 264 0

Galaxy Tab S5e  Samsungdan yeni ultra incə planşet

2019-cu ilin fevral ayı Samsung şirkətinin təqdim etdiyi bir sıra yeni məhsularla yadda qaldı. Buna misal olaraq, Galaxy S10 məhsul xəttini, sirlərlə dolu Glaxy Fold smartonunu və Galaxy Tab S5e planşet kompüterini qeyd etmək olar. Yeni planşet incə korpusun və multifunksionallığın təcəssümüdür. 5.5 mm eni və 400 qr çəkisi olan Galaxy Tab S5e-nin istifadəsi istənilən şəraitdə rahat və komfortludur. Cihazın korpusu, bucaqları səliqəli şəkildə dəyirmiləşdirilərək, klassik dördbucaq formasında alimundən icra edilmişdir.

Yeni planşet 2560×1600 piksel icazəli 10.5" Super AMOLED displey ilə təchiz olunmuşdur. Galaxy Tab S5e-də ön korpusun 82%-ni displey təşkil etdiyindən, planşetin çərçivələri nəzərə çarpacaq dərəcədə incəlib.

Planşet yeni One Ui interfeysi ilə təchiz olunub ki, bu interfeysin əsas məqsədi "geniş" ekranlar üzərində iş prosesinin sadələşdirilməsi və hərəkət ilə idarənin təkmilləşdirilməsidir. İnterfeys ekranı iki işləmə zonasına bölərək geniş diaqonallı ekrandan istifadə və naviqasiyanı asanlaşdırır. Burada displeyin yuxarı hissəsi kontenti gözdən keçirmək üçün, aşağı hissəsi isə smartfondan istifadə etmək üçün nəzərdə tutulub.

Galaxy Tab S5e 4QB RAM və microSD  ilə 512 QB qədər artırıla bilən 64QB daxili yaddaş ilə təchiz olunub.

Planşetdə f/2.0 işıq güclü, 26 mm fokus məsafəli və 13PM-lik əsas kamera quraşdırılıb. Burada avto fokuslama, portretlərin çəkimi zamanı arxa fonun yayılması üçün  nəzərdə tutulmuş "Life focus" və kadrda yerləşən obyektləri avtomatik təyin edib tənzimləyən optimizasiya mövcuddur. Kamera UHD keyfiyyətli video çəkimini dəstəkləyir, bununla yanaşı həm də EIS - elektron təsvir stabilizasiyası ilə təchiz olunub. Belə ki, bu texnologiya sayəsində kameranın və əks etdirilən obyektlərin hərəkətini kompensasiya etməklə daha aydın və üstün keyfiyyətli kadrlar əldə etmək mümkündür. Frontal kamera, həmçinin fon yayılmasını tənzimləyə bilən 8 MP-lik obyektiv ilə təchiz olunub.  Planşetdə barmaq izi skaneri nəzərdə tutulub, belə ki, daktiloskopik skaner korpusun yan hissəsində hamar düymə üzərində yerləşdirilib. Həmçinin, Galaxy Tab S5e şəxsi məlumatlarınızın yüksək dərəcəli mühafizəsini təmin edən "Face Recognition" funksiyasını da dəstəkləyir.

Cihazın kiçik ölçülərinə rəğmən, Samsung yeniliyi dörd AKG dinamikindən ibarət olan stereo sistem ilə təchiz edib. Bundan əlavə, planşet Dolby Atmos həcmli səs texnologiyasını da dəstəkləyir.