85 yaşlı qonşusunu kəlbətinlə öldürən şəxsə hökm oxundu


Digərləri 11 May 2019 10:41:00 219 0

85 yaşlı qonşusunu kəlbətinlə öldürən şəxsə hökm oxundu

Sakit Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən .

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 85 yaşlı qəsəbə sakininin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlu tərəfindən qətlə yetirlidiyi məlum olub.