Tarixi ağacı çıxaran cütlüyə inanılmaz cəza:


Dünya 11 May 2019 10:36:00 205 0

Tarixi ağacı çıxaran cütlüyə inanılmaz cəza:

ABŞ-ın Kaliforniya ştatında ərazilərində olan 180 yaşlı tarixi palıd ağacını çıxaran cütlük 586 min dollar cərimə olunub.

Son.az moderator.az-a istinadla xəbər verir ki, ABŞ mediasında çıxan xəbərlərə görə, San Fransiskonun şimalında yaşayan cütlük qanunla qoruma altında olan 137 hektar ərazisi olan torpaqlarında yeni bir ev tikdirib. Gənc cütlük ərazidə olan 180 illik palıd ağacını yerindən çıxarıb yeni tikdirdikləri evin yaxınlığına əkmək üçün podratçı ilə razılaşıb.

Əvvəlki yerindən çıxarılaraq yeni yerə əkilən ağac burada quruduğu üçün ətraf mühiti qoruma əməkdaşları hadisə yerində araşdırma aparıb və palıd ağacı ilə ətrafdakı digər ağac və yaşıllıqlara verdikləri zərərə görə cütlüyə qarşı iddia qaldırıb.

İcazə almadan ətraf mühiti qoruma qanununa qarşı çıxdıqları üçün 586 min dollar cəzaya məhkum edilən cütlüyün məhkəmə qərarından sonra həmin ərazini 8 milyon 450 min dollara satışa çıxardığı qeyd edilib.