“Hörümçək adamın” ssenaristi dünyasını dəyişdi


Dünya 11 May 2019 10:25:00 208 0

“Hörümçək adamın” ssenaristi dünyasını dəyişdi

Amerikalı ssenarist Elvin Sarcent 92 yaşında dünyasını dəyişib

.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Sarcent Sietl şəhərində təbii səbəblərdən dünyasını dəyişib. Məlumatı ssenaristin nümayəndələri təsdiqləyiblər.

Elvin Sarcent 1927-ci ildə aprelin 12-də Filadelfiyada anadan olub. O daha çox "Adi adamlar" və "Culia" filmləri ilə tanınır.

Qeyd edək ki, hər iki filmin ssenarisinə görə Sarcent "Oskar"a layiq görülüb. O, həmçinin "Hörümçək adam 2", "Hörümçək adam: Əks olunmuş düşmən" və "Yeni Hörümçək adam" filmlərinin müəllifidir.