Heydər Əliyev prospektində TIXAC yarandı - İri tonajlı yük avtomobili qəza törədib


Digərləri 11 May 2019 09:37:00 198 0

Heydər Əliyev prospektində TIXAC yarandı - İri tonajlı yük avtomobili qəza törədib

Səhər saatlarında paytaxtda qol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Səhər saatlarında paytaxtda qol-nəqliyyat hadisəsi baş verib. Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Heydər Əliyev, Şah İsmayıl Xətai prospektləri ilə Yusif Səfərov küçəsinin kəsişməsində iri tonajlı yük avtomobili qəza törədib. Bu səbəbdən hazırda Heydər Əliyev prospektində şəhər istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Həmin istiqamətdə hərəkətdə olan sürücülərin bunu nəzərə almaları xahiş olunur.