Redmi brendinin flaqman smartfonu barəsində yeni məlumatlar verildi


Digərləri 11 May 2019 08:25:00 211 0

Redmi brendinin flaqman smartfonu barəsində yeni məlumatlar verildi

Redmi brendinin Snapdragon 855 prosessorlu flaqman smartfon modeli barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə bir sıra mənbələr və Xiaomi şirkətinin təmsilçiləri sözügedən smartfonun kamerası, yaddaş həcmi və ekstremal rejimindən danışıblar. Bu barədə Mydrivers və Gizchina saytlarına istinadən Gagadget saytı xəbər verib. Çindən olan mənbələr cihazın vacib texniki göstəricilərinin əks olunduqları screenshot fotosunu təqdim ediblər. Təqdim olunmuş fotoda smartfonun adı əks olunmasa da onun kod adı əks olunub. Söhbət, Raphael kod adından gedir.

Son.az technote.az-a istinadən bildirir ki, Raphael kod adına sahib smartfon modeli 256 GB daxili yaddaş həcminə sahib olacaq. Lakin çox güman ki, smartfonun 64 və 128 GB daxili yaddaş həcminə sahib versiyaları da olacaq. Bununla yanaşı Raphael kod adına sahib smartfon modeli GPU-nun sürətlənməsi üzrə ekstremal rejimi də əldə edəcək. Məlumata əsasən istifadəçilər özləri qrafik çipi sürətləndirə biləcəklər. Bütün bunlardan sonra Xiaomi şirkətinin vitse-prezidenti və Redmi brendinin rəhbəri olan Liu Weibing smartfon barəsində bir sıra məlumatları verib.

Onun sözlərinə əsasən smartfonun üç arxa kamera modulundan biri genişbucaqlı obyektiv əldə edəcək. Çox güman ki, yeni smartfonun kameraları Xiaomi Mi9 SE modelindəki kimi olacaq. Yəni 48 MP + 13 MP + 8 MP. Daha əvvəlki məlumat sızıntılarına əsasən Redmi brendinin flaqman smartfon modeli həmçinin 4000 mAh enerji tutumlu batareya, NFC modul və smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ön kamera ilə də təchiz olunmalıdır. Çox güman ki, smartfonun təqdimatı yaxın br neçə həftə ərzində baş tutacaq.