Dünyada ən sürətli superkompüter hazırlanır


Digərləri 11 May 2019 08:05:00 194 0

Dünyada ən sürətli superkompüter hazırlanır

"AMD" şirkəti dünyada ən sürətli superkompüter hazırlanması üzərində işlərə başlayıb. "Frontier" adlı sistem "Cray" server istehsalçısı, ABŞ-ın Energetika Nazirliyi və "Oak Ridge" Milli Laboratoriyası tərəfindən birgə işlənib hazırlanır.

Son.az ICTnews-a istinadən bildirir ki, "Frontier" superkompüterinin gözlənilən məhsuldarlığı 1,5 ekzaflops təşkil edir. Bu o deməkdir ki, superkompüter bir saniyə ərzində təxminən 1 500 000 000 000 000 000 əməliyyat emal edə biləcək. Məhsuldar hesablamalar və süni intellekt üçün optimallaşdırılmış "AMD EPYC" sifarişli prosessorları və "Radeon Instinct" ixtisaslaşdırılmış qrafik prosessorları istifadə olunacaq.

"Frontier" superkompüterini 2021-ci ildə istifadəyə vermək planlaşdırılır.