Çin ABŞ ilə ticarət danışıqlarını konstruktiv adlandırıb


Dünya 11 May 2019 07:55:00 546 0

Çin ABŞ ilə ticarət danışıqlarını konstruktiv adlandırıb

Çin və ABŞ arasında səmimi və konstruktiv ticarət danışıqları baş tutub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyasına müsahibəsi zamanı ABŞ ilə ticarət danışıqlarında Çinin nümayəndə heyətinə rəhbərlik edən baş nazirin müavini Lyu Xe bildirib.

L.Xe deyib: "Tərəflər açıq, konstruktiv danışıqlar apardı. Hər iki tərəf hesab edir ki, bu yaxşı tendensiyanı dəstəkləmək lazımdır. Tərəflər gələcəkdə Pekində görüşmək və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər".

Qeyd edək ki, Çin və ABŞ arasında ticarət danışıqlarının növbəti 11-ci raundu 9-10 may tarixlərində Vaşinqtonda keçirilib.