İqtisadiyyat Nazirliyində ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 11 May 2019 00:58:13 400 0

İqtisadiyyat Nazirliyində ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə nazirliyin kollektivi Ulu Öndər Heydər Əliyevin Hökumət Evinin foyesindəki büstünün önünə gül dəstələri qoyub. Sonra müasir Azərbaycan dövlətçiliyinin banisi, dahi siyasət korifeyi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ümummilli Liderin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, tarixçi alim Yusif Fərzəliyev Heydər Əliyev barədə xatirələrini danışıb, bu dahi şəxsiyyətin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında həlledici rolu, milli iqtisadiyyatın formalaşdırılmasında misilsiz xidmətləri barədə ətraflı məlumat verib. Sonra İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı and içərək daimi dövlət qulluğuna qəbul olunub.