Çin Amerika rüsumlarına qarşı cavab addımları atacaq


Dünya 10 May 2019 21:32:00 249 0

Çin Amerika rüsumlarına qarşı cavab addımları atacaq

Pekin ABŞ-ın Çin mallarına rüsumları qaldırmaq qərarına qarşı cavab tədbirləri görmək məcburiyyətindədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ÇXR Kommersiya Nazirliyinin bəyanatında deyilir. Nazirlik, həmçinin Pekin ABŞ-ın 200 milyard dollar həcmində Çin ixracatına rüsumları 10 faizdən 25 faizə qaldırmaq qərarı ilə bağlı təəssüfünü ifadə edib, tərəflərin hazırda Vaşinqtonda keçirilən ticarət məsləhətləşmələrinin gedişində fikir ayrılıqlarının nizamlanmasına ümid bəslədiyini vurğulayıb.

Ötən bazar günü ABŞ Prezidenti Donald Tramp mayın 10-dan bəzi Çin məhsullarına rüsumları 10 faizdən 25 faizə qaldıracağını deyib və digər ticarət mövqelərinə qarşı önləyici sədd qoyacağını istisna etməyib.

Bu ərəfədə ABŞ lideri Pekinin ticarət üzrə danışıqlarda "sövdələşməni pozduğunu" bildirib.