Avstraliya dollarında yazı xətası FOTO


Digərləri 10 May 2019 21:14:00 253 0

Avstraliya dollarında yazı xətası  FOTO

Avstraliyada bazara buraxılan 50 dollarlıq banknotlardakı yazı xətası 7 ay sonra üzə çıxıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, Avstraliyanın Milli Bankı səhvin yeni çapda düzəldiləcəyini, 46 milyon ədəd 50 dollarlıq banknotun üzərində səhv olsa da, işləyəcəyini bildirib.

Sözügedən səhvi lupa ilə görmək mümkündür. Pulun üzərinə Avstraliyanın ilk qadın millət vəkili Edit Kouanın 1921-ci ildə parlamentdəki çıxışından bir hissə vurulub. İngilis dilində məsuliyyət mənasına gələn "responsibility" sözündə sonuncu "i" hərfi unudulub və "responsibilty" yazılıb.

Qeyd edək ki, Edit çıxışında "Bu məclisdə tək qadın olmaq böyük məsuliyyətdir. Digər qadınların da burada olmasının vacibiliyini vurğulamaq istəyirəm" demişdi.


Xəbərə aid foto