Balakən rayonuna dolu düşüb


Digərləri 10 May 2019 21:13:59 194 0

Balakən rayonuna dolu düşüb

Axşam saatlarında Balakən rayonuna dolu düşüb

Bakı. İlhamə İsabalayeva - Axşam saatlarında Balakən rayonuna dolu düşüb. Milli hidrometeorologiya departamentindən Trend-ə verilən məlumata görə, bu gün saat 20.00-a olan melumata əsasən Quba, Göygöl, Gəncədə yağış yağıb. Daşkəsən, Naxçıvan, Lənkəran, Astara,Yardımlı, Biləsuvar, Şamaxıda şimşək çaxıb. Balakən rayonunda saat 20.02-dən-20.08-dək 6 dəqiqə ərzində dolu muşahidə edilib. Dolunun diametri 24 mm təşkil edir. Xatırladaq ki, bu gün Ekologiya və Təbii Sərvətlə Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir: "Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Şimal-qərb küləyinin sürəti 10-15, arabir 18-23 m/s olacaq, axşama doğru mülayimləşərək 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq.