Azərbaycanda bu hallarda ata adından imtina etmək olar


Digərləri 10 May 2019 19:40:00 253 0

Azərbaycanda bu hallarda ata adından imtina etmək olar

Məşhur futbolçu Mahir Mədətovun yeni şəxsiyyət vəsiqəsində soyadını, xüsusilə də atasının adını dəyişdirməsi müzakirələrə səbəb olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Azərbaycanda ata adının dəyişdirilməsinin çətin olduğunu və prosesin xeyli vaxt apardığını qeyd ediblər. 

Bəs ölkə qanunvericiliyinə əsasən ad, soyad və ata adı rəsmi sənəddə necə dəyişdirilə bilər?

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bu dəyişikliklər qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir.

Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.

Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. (Ad, soyad və ata adının rəsmi sənəddə dəyişdirilməsi ilə bağlı ətraflı məlumatı bu linkdən ala bilərsiz).