Akademikdən həyəcan təbili: Azərbaycanda səhralaşma artır


Digərləri 10 May 2019 15:36:00 204 0

Akademikdən həyəcan təbili: Azərbaycanda səhralaşma artır

Səhralaşma Mil-Muğan bölgəsinin cənub-şərq hissəsində müşahidə olunur və getdikcə intensivləşir

Bakı. Ceyhun Ələkbərov - Azərbaycanda səhralaşma prosesi artır. Bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə deyib. R.Məmmədov bildirib ki, səhralaşma Mil-Muğan bölgəsinin cənub-şərq hissəsində müşahidə olunur və getdikcə intensivləşir: “Bu prosesin qarşısını almağın ilkin yolu həmin ərazilərdə çoxlu sayda ağacların əkilməsidir, orada geniş yaşıllıqlar salınmalıdır".