Azər Süleymanlı: “Müğənnilər şəxsiyyətini populyarlığının yanında kölgəyə salır”


Şou-biznes 10 May 2019 14:49:00 254 0

Azər Süleymanlı: “Müğənnilər şəxsiyyətini populyarlığının yanında kölgəyə salır”

Son.az İTV-nin aparıcısı Azər Süleymanovun Axşam.az-a müsahibəsini təqdim edir:

- Son zamanlar İTV-də olan dəyişikliklər barədə danışmağınızı istəyərdim...

- Hesab edirəm ki, ekran hər şeyi daha yaxşı göstərir. Yaradıcı insan üçün yaradıcı mühitdə işləmək zövq verir. Hələ hər şey qabaqdadır.

- İllərdir eyni formatda proqram aparırsınız, dəyişiklik istəmirsiniz?

- Əslində, bu gün yeni yaradıcı meydan həvəsimi kifayət qədər oyadıb. Uzun illərdir eyni xarakterli veriliş aparmağının səbəbi səhər proqramında həyatın hər sahəsi ilə bağlı söhbətlərin getməsi ilə əlaqədardır. Güman ki, bu il tamaşaçılar məni tamamilə başqa layihədə və fərqli görəcəklər. Sosial sahədə özümü sınamaq istəyirəm.

- Niyə populyarlaşmaq istəyiniz yoxdur?

- Hazırda məşhurlaşmaq elə də çətin deyil. Amma düşünürəm ki, aparıcı kimi öncə aparıcılıq ənələrini qorumalıyam. Ekranda oynamıram, olduğum kimiyəm. Manşetlərdə olmaq, xəbər başlıqlarında olmaq kimi bir niyyətim yoxdur. Ola bilər ki, İnstaqramda paylaşımım altına beş rəy yazılar və s. Amma mənim ağıllı və qədirbilən tamaşaçılarım var. Onlarla fəxr edirəm.

- Həmkarlarınız filmlərə və seriallara çəkilirlər. Siz necə, özünüzü aktyor kimi sınamaq niyyətiniz var?

- Əslində, bir seriala dəvət almışdım. Ancaq vaxt baxımından razılaşa bilmədim. Həftədə üç dəfə efirdə oluram, bu da şərait yaratmır. Hər hansı film və ya qısametrajlı ekran işi olsa, rol almaq istəyərm.


Xəbərə aid fotolar