Naxçıvanda hərbi qulluqçular arasında atış birinciliyi keçirilib (FOTO)


Digərləri 10 May 2019 10:50:58 223 0

Naxçıvanda hərbi qulluqçular arasında atış birinciliyi keçirilib (FOTO)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib.

Bakı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 9 millimetrlik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 72 hərbi qulluqçudan ibarət 24 komanda iştirak edib. Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüblər. Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb. Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib. Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri fərman və diplomlar təqdim edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin