Bu şəhərdə 2020ci ildən plastik paketlərin istifadəsi qadağan olunub


Dünya 10 May 2019 08:59:00 311 0

Bu şəhərdə 2020ci ildən plastik paketlərin istifadəsi qadağan olunub

Mexiko şəhər konqresi 2020-ci ilin dekabr ayından etibarən plastik paketlərdən istifadəni qadağan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı şəhərin bərk tullantıları haqqında qanuna müvafiq dəyişiklər edilib.

Yeniliklərə görə, plastik paketlərin satışı, paylanması və istifadəsi həmin tarixdən tamamilə qadağan olunacaq.

Bundan əlavə, yanvar ayın 20-dən etibarən şəhərdə həmçinin birdəfəlik plastik çəngəllər, qaşıqlar və boşqabların istifadəsi qadağan ediləcək.