Fransada dövlət qulluqçuları etiraz edirlər FOTO


Dünya 10 May 2019 02:30:00 223 0

Fransada dövlət qulluqçuları etiraz edirlər  FOTO

Fransada hökumətin dövlət qulluğunun müasirləşdirilməsinə dair qanun layihəsinə etiraz olaraq dövlət qulluqçuları nümayiş keçirirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmkarlar ittifaqları dövlət qulluqçularını küçələrə axışmağa çağırıb. Ölkə üzrə 150 nümayiş təşkil olunub.

Qeyd edək ki, bu, Emmanuel Makronun prezidentliyi dövründə dövlət qulluğu ilə bağlı keçirilən dördüncü kütləvi nümayişdir. Ancaq ilk dəfədir ki, hökumət bütün həmkarlar təşkilatlarının səfərbərliyi ilə üzləşir. Yeni qanuna əsasən 2022-ci ilə qədər 120 min dövlət qulluqçusu iş yeri ilə xudahafizləşməlidir.

Nümayişçilər arasında təhsil və səhiyyə sahələrinin nümayəndələri daha çox fərqlənir.


Xəbərə aid fotolar