Braziliyanın sabiq prezidenti polisə təslim oldu


Digərləri 10 May 2019 00:23:54 188 0

Braziliyanın sabiq prezidenti polisə təslim oldu

Keçmiş Braziliya prezidenti Mişel Temer mayın 9-da məhkəmənin onun yenidən həbs edilməsi qərarından sonra San Pauloda yerləşən federal polisinin qərargahına gəldi

Bakı. Keçmiş Braziliya prezidenti Mişel Temer mayın 9-da məhkəmənin onun yenidən həbs edilməsi qərarından sonra San Pauloda yerləşən federal polisinin qərargahına gəldi. Trend-in məlumatına görə, Rio de Janeyro şəhər Federal məhkəməsinin qərarı ilə Temer bir sıra korrupsiya qalmaqalalları işlər üzrə aparılan istintaq zamanı həbsdə qalacaq. İndi Temer onun bundan sonra harada olacağı barədə polisin qərarını gözləyir.