Gürcü nazirdən BTQ ilə bağlı iddialı açıqlama


Dünya 09 May 2019 23:02:00 217 0

Gürcü nazirdən BTQ ilə bağlı iddialı açıqlama

"Gürcüstanın iştirakı olmadan Bakı-Tbilsii-Qars layihəsinin konfiqurasiyasına hər hansı bir dəyişikliyin edilməsi mümkün deyil".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Nazir deyib ki, BTQ layihəsi Gürcüstan üçün strateji layihədir və ölkənin suveren maraqlarına cavab verir:

"Layihə üç dövlət tərəfindən razılaşdırılıb və təsdiqlənib. Hansısa bir iştirakçı dövlət birtərəfli qaydada layihəyə dəyişiklik etmək hüququna malik deyil. Biz bu layihəni təsdiq olunan formada reallaşdırırıq".