ABŞ Çin ticarət müqaviləsi ehtimalı 80 faizdir


Digərləri 09 May 2019 22:25:00 254 0

ABŞ  Çin ticarət müqaviləsi ehtimalı 80 faizdir

Qlobal investisiya şirkəti "JPMorgan Chase & Co"nun İcraçı direktoru Jamie Dimon, ABŞ ilə Çinin ticarət sazişi bağlaması ehtimalının 80 faiz olduğunu bildirib.

Son.az marja.az-a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trampın Çin mallarına əlavə vergi tətbiq edəcəyi barədə təhdidinin ardından ,Dimon, "Bloomberg Television"a verdiyi müsahibəsində nikbin proqnoz verib.

Böyük bir ehtimalla gec-tez bir razılaşma olacağını qeyd edən Dimon, buna qarşı danışıqların ciddi mənada mənfi keçməsi vəziyyətində qlobal inkişafa zərbə olacağını vurğulayıb.

"JPMorgan"ın İcraçı direktoru "Cümə gününə qədər razılığa gələcəklərini düşünmürəm",- deyib.