Məşhur jurnalist vəfat etdi
Dünya 09 May 2019 22:02:00 227 0
Rusiyanın "Qovorit Moskva" radiostansiyasının baş redaktoru, məşhur jurnalist Sergey Dorenko yol qəzasında həlak olub.
Son.az TASS-a istinadən bildirir ki, Moskvanın mərkəzi küçələrindən birində motosikldə hərəkət edən 59 yaşlı Dorenko qəflətən kəskin ürəktutmadan yıxılıb.
Yol kənarındakı insanlar təcili yardım çağırsalar da, S.Dorenkonu xilas etmək mümkün olmayıb.
O, çox ağır vəziyyətdə çatdırıldığı reanimasiya bölməsində keçinib.
Mənbə: milli.az