Qazaxıstanda sosial şəbəkələrə giriş bağlandı


Dünya 09 May 2019 21:13:00 289 0

Qazaxıstanda sosial şəbəkələrə giriş bağlandı

Bu gündən etibarən Qazaxıstanda Facebook, Instagram, YouTube və Telegrama giriş məhdudlaşıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, beynəlxalq qeyri-hökuməti təşkilatı olan "NetBlocks" tərəfindən aparılan texniki monitorinqə əsasən, mayın 9-da internet-provayderlər sosial şəbəkələrə girişə blok qoyublar.

Təkcə Twitter və WhatsApp-a giriş açıqdır.

Qeyd edək ki, son aylar Qazaxıstanda müntəzəm olaraq sosial şəbəkələrə giriş bloklanır. Belə ki, hökumət əhalini kütləvi nümayişlərə çağıran, ölkədən qovulan müxalifətçi Muxtar Ablyazovla canlı rabitəni məhdudlaşdırmağa çalışır.

Bundan başqa, ölkə ərazisində bir neçə sayta giriş də bağlanıb.