1216 yaşlı uşaqlar oruc tuta bilərmi? – Sağlamlığa fəsadları barədə


Digərləri 09 May 2019 19:17:00 324 0

1216 yaşlı uşaqlar oruc tuta bilərmi? – Sağlamlığa fəsadları barədə

Ramazan ayında dini şəriət hökmünə görə, 12 yaşından yuxarı yeniyetmələr  artıq oruc tuta bilər və tutmalıdır. Azərbaycanda oruc saxlayanlar içərisində də uşaqlar az deyil.

Uzun yaz günlərində, isti havalarda uşaq orqanizminin aclıq və susuzluq qarşısında nə dərəcədə dözümlü olması, acqalmanın həssas uşaq orqanizminə təsiri, baş verə biləcək fəsadlar həkimlərlə yanaşı, valideynləri də narahat edir.

Son.az medicina.az-a istinadən bildirir ki, həkim pediatr Vaqif Qarayevin  orucluğun uşaq orqanizmində yarada biləcəyi problemlər, hansı uşaqlara ümumiyyətlə, ac-susuz qalmağın qadağan olması barədə medicina.az-a açıqlamasını təqdim edirik.

"Uşaqların oruc tutması kimi həssas, bir tərəfdən dinə bağlı mövzuda öz təcrübəmə, tibbə və elmə əsaslanaraq aydınlıq gətirmək istəyirəm.   Bu gün ölkədə elə bir valideyn yoxdur ki, həkimə uşaqlarda mədə-bağırsaq pozulmaları, iştahsızlıq, çəkidə azalma şikayətləri ilə müraciət etnəsin.   Bu problemin altında ciddi səbəblər ola bilər.

Müayinələrdən sonra ciddi problemlər istisna edildikdə, bu şikayətlərə 2 başlıca səbəb qalır:  keyfiyyətli və düzgün qidalanmamaq.  Qidalanmaq uşağın marketlərdə satılan müxtəlif qida vasitələrini, şirniyyatları, hazır yeməkləri, şirəli içkiləri içməsi nəzərdə tutulmur.

Əgər Azərbaycan uşaqlarının çoxu düzgün keyfiyyətli qidalanmırsa,  böyüyən orqanizmi 1 ay süni surətdə ac qoya bilmərik. Uşaq orqanizmi gündəlik olaraq zülal, yağ, mineral və vitaminləri normasında almalıdır.  

Bir misal çəkib, bu yaxında pasiyent gəlmişdi. Bir neçə müddət oruc tutub. Beyin vaxtlı-vaxtında şəkər qəbul etmədiyindən ciddi fəsadlar baş vermişdi. Beyin şəkərdən, qidalanmadan məhrum olduqda fəaliyyəti pozulur, ürək-damar sistemi düzgün çalışmır.   Valideyndən soruşursan niyə oruc tutub, deyir özü istəyib. Mən bununla razılaşa bilmirəm. Uşağın özü çox şey istəyə bilər.  Axı valideynlər bəzən elə səbəblərdən uşağa qadağalar qoyurlar, amma məsələ səhhətinə gələndə uşaq nə istəyir o olur?

Valideynlər diqqətli olmalıdır, uşaq 1-2-3 gün oruc tutdu, baxmalıdır ki, nə dəyişikliklıər olur, özünü  necə hiss etdi. Çoxu fikiləşir ki, heç nə olmaz. Amma elə geridönməz hallar yarana bilər ki, valideyn illərlə o uşağı müalicə edə bilməz".