Arı sancması hansı fəsadlara səbəb olur?


Digərləri 09 May 2019 18:46:00 241 0

Arı sancması hansı fəsadlara səbəb olur?

Arı sancması bəzi insanlarda bir neçə saat davam edən ağrıdan sonra keçib gedir, allergiyası olan insanlarda isə ciddi reaksiya verə bilir.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bal arıları, eşşəkarısı və sarı vəhşi arıların zəhəri, ciddi allergik reaksiyalara səbəb ola bilər. Arı sancan zaman iynəsi dəridə qalır. Arının zəhəri, sancdığı şəxsdə allergiya olmasa belə, dəridə şişliyə səbəb ola bilər.

Allergiyası olanlarda zəhər daha güclü immun sistemi reaksiyasına səbəb olur. Belə insanlarda ilk dəfə arı sancması zamanı allergiya görünməyə bilər. Amma ikinci dəfə allergik reaksiya göstərməsi istisna deyil.

İnsan allergikdirsə, arı sancması zamanı bədəndə "İmmunoqlobin E" (İgE) adı verilən müqavimət yaranır. Bununla birlikdə, ağrıya reaksiya olaraq şişmə və nəfəs alma problemləri kimi immun reaksiyalarına səbəb olan İgE istehsal edir.