Stalini xilas edən ilk azərbaycanlı qadın pilot FOTO


Digərləri 09 May 2019 10:33:00 212 0

Stalini xilas edən ilk azərbaycanlı qadın pilot  FOTO

Bu gün alman faşizmi üzərində qələbənin 74-cü ildönümüdür. Bu qələbədə Azərbaycan həm insan resursu, həm də qara qızılı ilə misilsiz xidmətlər göstərib.

İstər ön cəbhədə, istərsə də arxa cəbhədə həyatı bahasına qələbə üçün çalışan insanlar arasında qadınlar xüsusi çəkiyə malik idi. Qəlbindəki odu, düşmənə nifrəti gülləyə çevirərək qələbəyə böyük töhfələr vermiş qadınlardan biri də Azərbaycanın ilk qadın pilotu Züleyxa Seyidməmmədovadır.

Son.az bildirir ki, oxu.az ilk azərbaycanlı qadın pilot, müsəlman şərqinin ilk döyüşçü pilotu Züleyxa Seyidməmmədovanın mənalı ömür yoluna nəzər salıb:

O, ilk baxışdan dövründən heç nə ilə fərqlənməyən bir ailədə dünyaya gəlmişdi. Mühasib bir ata, təhsilsiz və 11 yaşında ərə verilmiş bir ananın nikahından doğulmuş ikinci qız idi. Onun da arzuları anası tərəfindən "Bircə bu çatışmırdı" cümləsinə rast gəlmişdi. 

Züleyxa Seyidməmmədova ailəsinə baharın ilk nəfəsi ilə gəlmişdi - 1919-cu ilin martın 22-də doğulmuşdu. Atası Mirhəbib ağa Hacı Zeynalabdin Tağıyevin  mühasibi idi, həm dini, həm də dünyəvi təhsil almışdı.

Anası, demək olar ki, uşaq yaşda ərə verilmişdi, 13 yaşında ilk övladı Simanı, 14 yaşında isə Züleyxanı qucağına almışdı.

Hələ körpə olanda dəcəl, dəlisov, inadkar Züleyxa həyətlərində qollarını geniş açır, uçduğunu xəyal edirdi.

Əla qiymətlərlə oxuyan Züleyxa ilə bağlı valideynlərinin öz planları vardı: qızları mühəndis olacaq, zavodlardan birində çalışacaq, sakit, xoşbəxt bir həyat sürəcəkdi.

Bir gün Züleyxa evə dönəndə anasında deyir: "Mən təyyarəçi olacağam". Anası Mina xanım isə "Elə bircə bu çatışmırdı", - deyə cavab verir.

Uçmaq sevdası səbəbsiz yaranmamışdı. Yeddinci sinifdə oxuyanda fizika müəllimləri Cümşüd Əfəndiyev şagirdləri Bakı təyyarə meydanına aparır. O gündən bu eşq onun köksündə qor kimi yanmağa başlayır.

Anasının müqavimətindən sonra uçmaq eşqini daha heç kimlə paylaşmayan Züleyxa orta məktəbi bitirir və Əzizbəyov adına Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - V.B.) mədən fakültəsinə qəbul olur.

"Heç kim öz taleyindən qaça bilməz", - deyiblər. Həyatında ikinci dəfə onu təyyarə meydanına aparan taledən qaçmaq heç Züleyxanın ağlına da gəlmir. "U-2" təyyarəsində səmaya qalxır, Xəzərə səmadan tamaşa edir.

Qəlbində aşıb-daşan duyğuların müşayiətində dostları ilə institutda tələbə aeroklubu yaratmaq qərarına gəlirlər. Bir "U-2" almaq onlara müyəssər olur. Tezliklə intitut aeroklubuna Zabrat yaxınlığında meydança verilir.

Və gözlənilən gün gəlib çatır. Təyyarə idarə etmək həyəcanı tezliklə yerini təkbaşına uçmaq həyəcanına verir. Bu xoşbəxt gün 1934-cü ilin oktyabrında ona qismət olur.

Ancaq Züleyxa bununla kifayətlənmək fikrində deyildi. Onu daha bir həyəcan gözləyirdi. Səmada təyyarədə yox, paraşütlə süzmək...

1935-ci ilin mayında bu arıq, çəlimsiz, qarayanız qız təyyarədən paraşütlə tullanır, külək onu dənizə atır.

Məlumatlara görə, onun tullanışını izləyənlər arasında ovaxtkı birinci katib Mircəfər Bağırov da olur.

Zaqafqaziyadan, eləcə də, müsəlman şərqindən ilk qadın paraşütçü kimi qatıldığı toplanışlardan əlidolu geri dönən Züleyxa institutu bitirdikdən sonra pilot kimi peşəkarlaşmaq üçün Jukovski adına Hərbi-Hava Akademiyasına müraciət edir. Ancaq kişiləri qəbul edən akademiya ona rədd cavabı verir.

Əlbəttə, bu cavab onu amalından döndərə bilməzdi. İnadkar Züleyxa ruhdan düşmür, ağlına gələn bir variantı da dəyərləndirmək qərarına gəlir: Mircəfər Bağırovdan kömək istəmək.

Bağırovun yaddaşında "küləyin dənizə atdığı qız" kimi qalan Züleyxa bu görüşdən əliboş dönmür. Mərkəzi Komitə Züleyxanın akademiyaya qəbul olunması üçün rəsmi şəkildə Moskvaya məktub göndərir. Beləcə, o, Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.

Amalları yolunda bütün gücü ilə çalışan Züleyxa bir gün qəfil xəbərlə sarsılır. Fakültə dekanı onu yanına çağıraraq atasının harada olduğunu soruşur. Ona atasının kulaq kimi həbs edildiyini, əgər Bakıdan bu məlumatı təsdiqləsələr, akademiyadan uzaqlaşdırılacağını bildirir.

Dərs qayğılarına başı qarışan Züleyxa bu xəbər qarşısında müvazinətini itirmir, son ümid kimi yenə Bağırova üz tutur.  


Xəbərə aid fotolar