“Taxt oyunları” serialında efirə gedən səhv milyonlar qazandırdı


Digərləri 09 May 2019 08:33:00 229 0

“Taxt oyunları” serialında efirə gedən səhv milyonlar qazandırdı

HBO-nun fentezi janrında lentə aldığı "Taxt oyunları" serialının səkkizinci mövsümünün dördüncü bölümünü diqqətlə seyr edən tamaşaçılar kadrda olan maraqlı bir səhvi tutublar. Serialın masa arxası səhnəsində Deyeneris Tarqariyenin önündə olan "Starbucks" brendinə məxsus kofe fincanı kadrlarının "screen"ləri yayımlanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, "Starbucks"a aid plastik qəhvə stəkanının  filmdə peyda olması özlüyündə böyük reklama səbəb olub.

Məhz bu xətayla "Taxt oyunları"nın sonuncu mövsümü sosial şəbəkələrdə ən çox müzakirə olunan mövsüm olub. Belə ki, seriala beş milyondan çox tvit həsr olunub.

Mütəxəssilərin fikrinə görə, "Starbucks" bu müzakirələrlə 2,3 milyard dollarlıq reklam edilib. Film isə sosial şəbəkərlərə və dünyanın müxtəlif ölkələrinin mətbuat orqanları tərəfindən düz 193 min dəfə xatırlanıb."Starbucks"la "Taxt oyunları"nın adı birlikdə 10 min dəfə çəkilib.