Microsoft gizlilik rejiminini təkmilləşdirir


Digərləri 09 May 2019 08:25:00 218 0

Microsoft gizlilik rejiminini təkmilləşdirir

"Chrome" istifadəçilər tərəfindən ziyarət edilən saytların əsas "Chrome" tətbiqində görünməməsi üçün gizli rejimin olması insanların daha çox tələb etdiyi funksiyadır.

Son.az chip.az-a istinadən bildirir ki, məlum olduğu kimi bəzi hallarda gizliliyin qorunması lazımınca təmin olunmur.  "Microsoft"un "Chrome"yə ayırdığı investisiya əsasında şirkət yeni "Edge" brauzerində istifadəçilərin məxfililiyinin qorunması üzərində çalışır. Bu funksiya məlumatların tamamilə məxfiləşdirməsini həyata keçirməyə kömək edəcək.

"Windows 10" sistemində yazılar öncədən proqnozlaşdırma xüsusiyyətinə malikdir. Bu da istifadəçinin gizli rejimdə belə həyata keçirdiyi proseslərin izlərinin qalmasına səbəb olur. Microsoft bu problemi aradan qaldırmağa çalışır.

Hazırda bu sistemin quraşdırılması üzərində işlər davam etdiyinə görə istifadəçilərə təqdim olunması müəyyən zaman alacaq.