iPhone 6nın istehsalı dayandı


Digərləri 09 May 2019 07:51:00 255 0

iPhone 6nın istehsalı dayandı

"Apple" şirkəti "iPhone 6" istehsal xəttinin istehsalını dayandırmağa dair qərar verib. Bu haqda Çin mətbuatı məlumat verib.

Son.az ICTnews-a istinadən bildirir ki, 2014-2016-cı illərdə təqdim edilmiş "iPhone 6", "iPhone 6 Plus", "iPhone 6s", "iPhone 6s Plus" və "SE" qurğularının istehsalını dayandırmaq planlaşdırılır. Şirkət ümumilikdə təxminən 250 milyon "iPhone 6" və onun başqa variantlarını satıb. Bu istehsal xətti şirkətin ən çox satılan cihazları olub.

Son illərdə "iOS" əməliyyat sisteminin sistem tələblərinin yüksəlməsi şirkəti "iPhone 6" smartfonunun istehsalını dayandırmağa məcbur edib.