Orucu pozan və pozmayan halların SİYAHISI


Digərləri 08 May 2019 23:24:00 411 0

Orucu pozan və pozmayan halların SİYAHISI

Ramazan ayında bir çox inanclı insan oruc tutur.

Son.az ölkə.az-a istinadən bildirir ki, oruc tutanları ən çox maraqlandıran mövzulardan biri də orucu pozan və pozmayan vəziyyətlərdir. Məsələ ilə bağlı kiçik yazını oxucularımızla bölüşürük.

1.Qusmaq orucu pozurmu?

Din alimlərinin açıqlamasına əsasən, qəflətən qusmaq orucu pozmur. Amma insanın öz istəyi və ya müdaxiləsi ilə gələn qusma orucu pozur. Eyni zamanda qusduğu üçün orucunun pozulduğunu düşünən və bu səbəbdən yemək və içməyə davam edən şəxslərin də orucu pozulur. Belə halda bir gün qəza orucu tutmaq lazımdır.

2.Bəlğəm udmaq orucu pozurmu?

Oruc tutan şəxslərin bəlğəmini udması problem deyil. Bununla oruc pozulmaz. 

3.Diş fırçalamaq

Diş fırçalamaq orucu pozmur. Diş pastası və ya su boğazdan keçsə, bu zaman oruc pozulur, qəza orucu tutmaq lazım olur. Bu səbəbdən də ən yaxşısı sahurdan əvvəl və iftardan sonra fırçalamaq məsləhət görülür.

4.Ürəyi gedənlərin orucu pozulur?

Ürəyi getmək yuxuya getmək kimi bir şeydir. Gün ərzində uzun və ya qısa müddət ərzində ürəyi gedənlərin orucu pozulmaz. Amma ürəyi gedən şəxsi ayıltmaq üçün ona su veriblərsə və ya özü ayıldıqdan sonra su və dərman içibsə, orucu pozulur.