Dünyanın ən kiçik ordusu əsgər tapmır


Digərləri 08 May 2019 22:41:00 219 0

Dünyanın ən kiçik ordusu əsgər tapmır

Papanı qorumalı olan "İsveçrəli mühafizəçilər"ə yeni üzv tapılmır.

Son.az xəbər verir ki, bu barədə açıqlama verən 110 nəfərlik ordunun başçısı polkovnik Graf bunun böyük bir çətinlik yaratdığını deyib.

Belə ki, Graf mühafizəçilərin sayını 135-ə çatdırmaq istədiklərini bildirib. Ancaq bu vəzifədə işləmək istəyənləri tapmaq çox çətindir.

Səbəblərdən birinin İsveçrə iqtisadiyyatının çox inkişaf etməsi olduğunu deyən Graf işsizliyin yox dərəcəsində olduğunu bildirib:

"İsveçrədə maaşlar isə çox yüksəkdir. Gənc oğlanlar oradakı yüksək maaşı qoyub 1500 avroya mühafizəçi işləmək istəmir. Böyük bir qismi 26 ay xidmət edəndən sonra ölkəsinə geri qayıdır. Digər səbəb isə katolik kilsəsindəki "pedofil" və "sui-istifadə" halları kimi skandallardır. Bu hadisələrdən sonra İsveçrədəki katoliklərin çoxunun inancı azalıb. Dolayısı ilə inanclı, ibadətlərini yerinə yetirən əsgər tapmaq çətinləşib. Səbəblərdən biri isə İsveçrədə doğum sayının azalmasıdır. Keçən il orduya qatılan mühafizəçilərin sayı 32, ondan əvvəlki il isə 40 olub".

Qeyd edək ki, "Papanın qoruyucu mələkləri" adlanan bu mühafizəçilər ordusunun 513 il tarixi var. Dünən isə daha 23 nəfər isveçrəli bu orduya qatılıb.