"Air France"ın təyyarəsi məcburi eniş etdi


Dünya 08 May 2019 21:54:00 203 0

"Air France"ın təyyarəsi məcburi eniş etdi

"Air France" aviaşirkətinin sərnişin təyyarəsi İranın İsfahan şəhərinin beynəlxalq hava limanında məcburi eniş edib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarə Paris - Mumbay aviareysini yerinə yetirirdi. Enişin səbəbi açıqlanmır.

Qeyd edək ki, daha öncə İsfahan səmasında radarlardan təyyarənin yoxa çıxması ilə bağlı məlumat yayılıb.