Tanınmış iş qadını saunada ölü halda tapıldı


Dünya 08 May 2019 21:59:00 223 0

Tanınmış iş qadını saunada ölü halda tapıldı

Ankarada lüks idman salonlarının birində 70 yaşlı tanınmış iş qadını Songül Zülfikarın cəsədi tapılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Zülfikarın infarktdan öldüyü ehtimal edilsə də, meyiti tibbi ekspertizaya göndərilib. İş qadınının cəsədini saunada işçilərdən biri tapıb.

Qeyd edək ki, Songül Zülfikar 1984-cü ildə qurulan, avtomobil, inşaat, enerji, turizm, yanacaq terminalları, qida, ticarət mərkəzləri sahəsində xidmət göstərən "FTZ Grup"un iki rəhbərindən biridir.